Graconun çoxsaylı havasız sprey ucluqları haqqında
апрель 24, 2026

Boyama işlərində nəticənin keyfiyyəti yalnız aparatla deyil, düzgün seçilmiş sprey ucluğu ilə birbaşa bağlıdır. Graco ucluqları müxtəlif işlər üçün fərqli performans göstərir və düzgün seçim həm vaxta, həm də materiala ciddi qənaət edir.Düzgün ucluq seçimi işin sürətini və keyfiyyətini birbaşa artırır. Hər iş üçün uyğun Graco ucluğu seçərək həm daha təmiz nəticə əldə edə, həm də xərcləri minimuma endirə bilərsiniz. Graco Inc. məhsullarının Azərbaycanda rəsmi distribütoru olan BCS Group MMC olaraq sizə orijinal avadanlıqlar və peşəkar texniki dəstək təqdim edirik.
FFLP (yaşıl)
Ən aşağı təzyiqdə incə və keyfiyyətli bitirmə işləri üçün nəzərdə tutulub.
LP (sarı)
Daxili və xarici boyama işləri üçün ən aşağı təzyiqdə uyğun seçimdir.
Standart (mavi)
Daxili və xarici boyama işləri üçün istifadə olunur.
Tex-Tip (qəhvəyi)
Tekstural örtüklər və ağır işlər üçün uyğundur.