Məqsədimiz müştərilərə istehsalat proseslərini optimallaşdıran, keyfiyyəti artıran, enerji və vaxt itkilərini minimuma endirən innovativ sənaye həlləri təqdim etməkdir. Təcrübəli mühəndis və texniki komandamız hər bir layihədə beynəlxalq standartlara uyğun texniki yanaşma tətbiq edir və hər bir müştərimiz üçün ən uyğun və effektiv həlləri müəyyənləşdirir. Şirkət olaraq prioritetimiz etibarlılıq, keyfiyyət, operativlik və müştəri məmnuniyyətidir. Uzunmüddətli əməkdaşlıq modeli yaradaraq sənaye müəssisələrinin inkişafına dəstək olur, ən müasir texnologiyaları Azərbaycan bazarına gətirir və istehsalat proseslərinin daha təhlükəsiz, daha məhsuldar və daha davamlı olmasını təmin edirik. BCS Group MMC sənaye sektorunda yenilikçi yanaşması, davamlı inkişaf strategiyası və yüksək xidmət standartları ilə fərqlənir. Biz müştərilərimizə dəyər yaradan, nəticəyə yönəlik texnoloji həllər təqdim etməyə davam edirik.
BCS Group
İşinizi gücləndirən etibarlı tərəfdaş
BCS Group MMC — 2014-cü ildən Azərbaycanda sənaye və tikinti sahəsində fəaliyyət göstərən, sənaye boyama sistemləri, qumlama avadanlıqları, avtomatlaşdırılmış qumlama və boyama həlləri üzrə ixtisaslaşmış aparıcı şirkətlərdən biridir. Fəaliyyətə başladığımız gündən bəri ölkənin ən iri sənaye müəssisələri və strateji layihələri üçün etibarlı texnoloji tərəfdaş olmuşuq.
Haqqımızda
BCS GROUP MMC