Qumlama – Boyama xətti
Qumlama – Boyama xətti sayəsində 1500 mm-dən 3000 mm-ə qədər enində saclar və 500 mm hündürlüyə qədər profillər, 1–2,5 m/dəq aralığında tənzimlənə bilən sürətlə SA2,5 keyfiyyətində qumlanır və korroziyadan qoruyucu shop-primer boya ilə boyanır. Qumlama – Boyama xəttini təşkil edən qurğular: Müəssisəni dayandırmadan yükləmə/boşaltma işlərinin aparılması üçün nəzərdə tutulmuş yükləmə və boşaltma kross konveyörləri, müstəqil şəkildə adaptasiya edilən rulo konveyörlər, açıq havada saxlanılan yaş və hətta qarla örtülü hissələri qumlamadan əvvəl qurudan Ön Qurudma bloku, rulo konveyörlü tip qumlama maşını və quru – kartuş tip filtr bloku, üst və alt boyama robotlarını özündə birləşdirən boyama kabinəsi və sulu tip filtr bloku, boya quruyana qədər yaş boyanı qoruyaraq daşıyan slat konveyör, çıxış konveyörünə gələn hissələrin dərhal növbəti prosesə ötürülməsi üçün boyanı qurudan qurutma qurğusudur. Enerji xərclərini azaltmaq məqsədilə boya qurutma qurğusunda ön qurudmanın tullantı istilik enerjisindən istifadə olunur.