Təsvir

Fəaliyyət sahəsi: Sənaye avadanlıqları və texniki həllər (kompressorlar, qumlama/boyama avadanlıqları, abraziv materiallar)
İş yeri: Bakı şəhəri
İş qrafiki: Bazar ertəsi – Cümə, 09:00 – 18:00
Əmək haqqı: 500AZN + yüksək satış bonusu + əlavə mükafatlar


Namizəddən gözləntilər (tələblər):


• Ali təhsil (İqtisadiyyat, Biznes İdarəetmə, Texniki ixtisas, Marketinq və ya müvafiq sahə)
• B2B (korporativ satış) sahəsində minimum 2–3 il aktiv satış təcrübəsi (sənaye avadanlıqları, tikinti, neft-qaz, sənaye materialları sahəsində təcrübə üstünlükdür)
• Azərbaycan dili mükəmməl, rus dili yaxşı səviyyədə (mütləq), ingilis dili ən azı orta səviyyədə (B1–B2)
• Güclü danışıq aparma, müştəri ilə uzunmüddətli əlaqə qurma və satış bacarıqları
• Sənaye sektorunda (neft-qaz, tikinti, sənaye müəssisələri) potensial müştəriləri tapmaq və işləmək təcrübəsi
• Sürücülük vəsiqəsi (mütləq – müştərilərə səfərlər çox olacaq)
• MS Office (Excel, PowerPoint) yaxşı səviyyədə
• Analitik düşüncə, satış planı hazırlamaq və hədəflərə nail olmaq qabiliyyəti
• Stressə davamlılıq, dinamik iş ritminə uyğunlaşma


Üstünlüklər (xoş qarşılanır):
• Sənaye avadanlıqları (kompressor, qumlama, boyama, abraziv) satış təcrübəsi
• CRM (Bitrix24 və ya oxşar) ilə iş təcrübəsi
• Mövcud müştəri bazası və ya əlaqələr (neft-qaz, tikinti şirkətləri)
Əsas vəzifələr:
• Korporativ müştərilərlə (sənaye müəssisələri, tikinti şirkətləri, neft-qaz sektoru) uzunmüddətli əməkdaşlıq qurmaq və idarə etmək
• Yeni potensial müştəriləri (lead generation) tapmaq – soyuq zənglər, görüşlər, sənaye tədbirləri, tenderlər vasitəsilə
• Şirkətin məhsullarını (kompressorlar, qumlama avadanlıqları, boyama sistemləri, abraziv qumlar) müştəri ehtiyaclarına uyğun təqdim etmək və satışını həyata keçirmək
• Aylıq/illik satış planını hazırlamaq, icra etmək və hədəflərə nail olmaq
• Müştəri bazasını genişləndirmək, mövcud müştərilərlə münasibətləri inkişaf etdirmək və təkrar satışları artırmaq
• Rəqibləri və bazar tendensiyalarını izləmək, təkliflər hazırlamaq
• Müştərilərlə görüşlər, texniki təqdimatlar, tender iştirakı və danışıqlar aparmaq
• Satış hesabatlarını hazırlamaq və rəhbərliyə təqdim etmək
• Müştəri məmnuniyyətini təmin etmək və satış sonrası dəstək prosesini izləmək


Biz nə təklif edirik?
• Rəsmi əmək müqaviləsi və dövlət qurumları kimi sabit iş qrafiki
• Yüksək satış bonusu (hədəflərə görə əlavə gəlir potensialı çoxdur)
• Peşəkar inkişaf imkanları (təlimlər, məhsul təqdimatları)
• Dinamik və peşəkar komanda
• Korporativ nömrə


Maraqlanan namizədlər CV-ni info@bcsgroup.az ünvanına mövzu hissəsində “Korporativ Satış Mütəxəssisi” qeyd edərək göndərə bilər. Yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaq.

contact-us-hero.jpg

Əlaqə

BCS Group MMC sizin etibarlı dostunuz və tam dəstəkçinizdir. İndi əlaqə saxlayın və layihələriniz üçün ən doğru həlləri əldə edin!